Qəzzada mülki şəxslərin ölümü davam edir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, son 24 saatda baş verən hücumda daha 83 mülki şəxs həyatı ilə vidalaşıb.
Qəzza Səhiyyə Nazirliyindən bildirilib ki, bununla yanaşı, 216 nəfər yaralanıb: "Bununla da 7 oktyabr 2023-cü ildən bəri Qəzzada ölənlərin sayı 65 502 nəfərə, yaralıların sayı isə 167 376 nəfərə çatıb".
Tahir Şəlvəli
MİA.AZ