Fransanın keçmiş prezidenti Nikola Sarkozi 2007-ci ildəki seçki kampaniyası zamanı Liviyadan qanunsuz maliyyə yardımı aldığına görə cəzalandırılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu ittiham əsasında "cinayətkar təşkilat yaratmaq" ittihamı ilə 5 il müddətinə həbs cəzasına məhkum edilib.
Məlumata görə, hökm bu gün Paris Məhkəməsində oxunub.
Məhkəmə onunla yanaşı, daha 11 nəfərin hər birinə 7 il həbs cəzası kəsib.
Xatırladaq ki, bu proses 10 ildən çxodur davam edir. Sarkozi irəli sürülən ittihamları rədd edir.
Zülfiyyə Mustafayeva
MİA.AZ