Argentinada üç qadın narkoqruplaşma üzvləri tərəfindən qaçırılaraq öldürülüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qaçırılan qızlar işgəncələrə məruz qalıb, daha sonra isə "TikTok"da canlı yayımda cinci təsavüzə mərzu qalıblar.
Məlumata görə, bundan sonra onlar öldürülüblər: " Ən gənc qurban 15 yaşlı Lara Qutierres, digər ikisi isə 20 yaşlı Brenda del Castillo və 21 yaşlı Morena Verdi olub".
Argentina mediası yazır ki, az sonra videogörüntü hüquq-mühafizə xidmətlərinin müdaxiləsi ilə TikTok-dan silinib.
O da iddia oluunur ki, narkoqruplaşma onlardan oğurlanan 4-5 kq kokainə görə bu hadisəni törədiblər: "Bu, intiqam məqsədli sensasiyalı və amansız qətl olub..."
Yerli polis idarəsi də bu ehtimalın üzərində dayanır. Polisin açıqlamasına əsasən, Qutierrezin sol əlindəki bütün barmaqlar kəsilib, Del Castillonun kəllə sümüyü sındırılıb, qarnında çoxsaylı deşilər açılıb, Verdi isə salafan torba ilə boğulub: "Onların cəsədlər 5 gün sonra tapılıb. Cinayəti törədənlərin axtarışı davam edir..."
Fərid
MİA.AZ