Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) sentyabrın 25-də şəhid ailələri ilə görüş keçirilib.
BŞİH-dən Mia.az-a bildirilib ki, görüşün əvvəlində Vətən uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Vətən müharibəsindəki Qələbəyə və şəhidlərə həsr edilən video-film nümayiş etdirilib.
BŞİH-nin başçısı Eldar Əzizov bildirib ki, 5 il əvvəl sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan düşmən üzərində şanlı Qələbə qazandı:
"Prezident İlham Əliyevin dahi sərkərdəliyi ilə son 200 il ərzində ilk dəfə olaraq müsəlman dövləti düşmən üzərində qələbə qazanaraq öz torpaqlarını geri qaytardı. Bu tarixi nailiyyət məhz ölkə başçısı İlham Əliyevin şəxsiyyət faktoru sayəsində mümkün oldu".
Açıq dialoq şəklində keçirilən görüşdə şəhid ailələrinin üzvləri dinlənilib, onların müraciət və təklifləri nəzarətə götürülüb.