CHP sədri Özgür Özəl Ankara Böyükşəhər Bələdiyyəsinə qarşı konsert təşkilatçılığı prosesində israfçılığa yol verilməsi iddiası ilə başlanan cinayət işinin siyasətdən qaynaqlandığını bəyan edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Əkrəm İmamoğlu qarşıdakı prezident seçkilərində namizəd ola bilməsə, ən güclü namizədimiz Mansur Yavaşdır. O, bütün sorğularda Ərdoğanı yenə biləcək şəxs olduğundan indidən hədəfə alınıb", - deyən CHP liderinin sözlərinə görə, İstanbul bələdyyəsində olduğu kimi, Ankara Böyükşəhər Bələdiyyəsində də əməliyyatlar siyasi motivlidir, qondarma əsaslıdır.
Özgür Özəl bu əməliyyatın əsl hədəfinin Mansur Yavaşı yıxmaq olduğunu iddia edib: "Baxın, bu bələdiyyənin sabiq sədri, oğlu Ərdoğanın partiyasından deputat seçilən Melih Gökçek əməliyyat saatına qədər əvvəlcədən elan etdi. Bu da onu təsdiqləyir ki, əməliyyat hüquqi deyil, siyasi bir əməliyyatdır"
CHP lideri deyir ki, partiya və onun təmslçilərinin olduğu bələdiyyələrə qarşı əməliyyatlar artıqca, xalq onların ətraflnda daha sıx birləşir: "Onların CHP-ni zəiflətmək cəhdləri fayda vermir, verməyəcək də. Son aylar 5 ciddi sorğu keçirilib, hamısında da CHP səsini artıra-artıra üstün partiya kimi öndədir. Vətəndaşlar AK Partiyanın siyasətinin onlara necə acı yaşatdığını gördükcə, CHP-nin ətrafında daha sıx birlşirlər"
Firudin Səfərli
MİA.AZ