“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-də ixtisarlara başlanıldığı haqda məlumatlar yayılıb. 

Mia.az xəbər verir ki, iddialarda yol infrastrukturu üzrə bir sıra ara stansiyaların ləğv edildiyi, bunun nəticəsində həmin stansiyalarda çalışan işçilərin uzaqlaşdırıldığı deyilir. Məlumata görə, qərb, cənub və şimal istiqamətləri üzrə ümumilikdə 150 nəfərə yaxın işçi ixtisar edilib.

 ADY-dən bildirilib ki, 24 ştat ixtisara salınıb: "Bu isə ümumi əməkdaş sayının 0,16 faizidir. Bakı və Gəncə dəmiryol kassalarının fəaliyyətinin dayandırılması ilə əlaqədar olaraq, kassa əməkdaşlarının bir qismi başqa işə keçirilib, bir qismi isə başqa işə keçirilmə təklifini qəbul etməyib”(qafqazinfo).