İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin şimalında bir evi mühasirəyə alaraq iki nəfəri güllələyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.

Məlumata əsasən, hadisə gecəyarısı baş verib: "İsrail əsgərləri gecə saatlarında İordan çayının qərb sahilindəki Tuba şəhərini Təmmun qəsəbəsində bir evi mühasirəyə alıblar. Əsgərlərin əraziyə snayperlər yerləşdirib, daha sonra ev çarpaz atəşə tutulub. 3 saatlıq əməliyyatdan sonra iki fələstinli - Məhəmməd Qasim Süleyman və Ala Cavdat Beni Odeh öldürülüblər. İsrail hərbçiləri hər iki şəxsin meyitlərini də götürərək, ərazidən çəkiliblər"

Tahir Şəlvəli
MİA.AZ