Bu gün Yəməndəki Husi qruplaşması İsrailə kamikadze PUA-larla ühcum edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrailin cənubundakı Eylat şəhərinə hücumda 20 nəfərdən çox insan yaralanıb.

Məlumata əsasən, onlardan ikisinin vəziyyəti ağırdır.

İsrail hüquq-mühafizə orqanları bildirib ki, kamikadze PUA-da daha "ağıryüklü partlayıcı" olub: "Bu səbəbdən Eylat şəhərində yaralı sayı artıb. Hazırda yaralılar Yoseftal xəstəxanasındadırlar.

Tahir Şəlvəli
MİA.AZ