Bu gün YSK (MSK) İstanbul 45-ci Asliye Hüquq Məhkəməsinin CHP-nin İstanbul təşkilatına sədr seçkisiylə bağlı nəzərdə tutulan konfransını qadağa qərarını ləğv etməsindən sonra seçki baş tutub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, keçirilən seçkidə əvvəlki təşkilat sədri Özgür Çelik yenidən sədr seçilib.
O, qurultay nümayəndələrinin mütləq səsini qazanıb:
"Özgür Çelik yenidən CHP İstanbul İl sədri seçilib. O, 414 nümayəndədən 389-nun səsini alaraq, təkrar postuna əyləşib".
Xatırladaq ki, bundan əvvəlki seçkidə saxtakarlıq iddiası əsasında bu təşkilata Gürsel Tekini qəyyum təyin edilmişdi. Lakiin CHP-lilər onu iqtidarın layihəsi olduğu iddiası ilə qəbul etməyiblər.
Samir Musayev
MİA.AZ