"Bir daha birdan deyirəm: biz nüvə bombası hazırlamağa çalışmırıq və çalışmayacağıq"
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İran prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında deyib.
O, bəyan edib ki, ölkəsi nüvə bombası hazırlamaq niyyətində deyil: "Bu qərar dini liderimiz tərəfində illər əvvəl verilib. Lakin bizi bu bəhanə ilə bombalayırlar, ii ildir ki, Qəzza və bölgədə insanlığa qarşı cinayətlər törədən İsrailə isə bir söz deyilmir. Ədalət budurmu? Gülməlii olan odur ki, bölgədə sülhü, sabitliyi pozan İsraildir, ancaq İran sanksiyalara məruz qalır. Bizim bir şeirimiz var. Orada belə misra var: "Günahı Bəlxdə dəmirçi etdi, amma Şuştərdə misgərin başı kəsildi."
İndi yəni, bəziləri bölgədə iğtişaşlar törədir, ancaq günahsızlar cəzalandırılır..."
Tahir Şəlvəli
MİA.AZ