"İsrail və ABŞ-ın hücumları nəticəsində zədələnmiş nüvə obyektlərimizi yenidən tikəcəyik".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami bildirib.
O, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən "Sky News Arabia" telekanalına müsahibəsində deyib ki, Tehran ABŞ-ınn hər hansı təzyiqindən çəkinmir: "Onlar bizim nüvə obyektlərimizi vurdu. Biz isə onu bərpa edəcəyik. Heç bir əsassız beynəlxalq təzyiqlər və İsrailin mümkün hücumu biz çəkindirə bilməz"
İslaminin sözlərinə görə, ölkəsinin uranın zənginləşdirmə məqsədi fərqli yozulur: "Bu, silah məqsədləri üçün deyil".
İran rəsmisi daha ABŞ-la danışıqlara getməyəcəklərini sözlərinə əlavə edib: "Onlarla danışmağa ehtiyac yoxdur. ABŞ İran xalqına qarşı çox ağır haqsızlıqlar edib. İslam İnqilabının əvvəlindən İrana ağır zərbələr endirib, son vaxtlar ölkəmizə qarşı hərbi hücumlar həyata keçirib. Düşmən düşməndir. Belə düşmənlə danışmağın mənası yoxdur".
Tahir Şəlvəli
MİA.AZ