ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Zelenski ilə görüşdən sonra 3-cü Dünya Savaşına yol açan fikir səsləndirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, görüşdən sonra jurnalistlərə açıqlamasında sərhədləri tez-tez pozan Rusiya hərbi təyyarələrinin vurulmasını mütləq saydığını deyib.
Tramp “NATO ölkələri onların hava məkanına daxil olan Rusiya təyyarələrini vurmalıdırmı?” sualına Tramp düşünmədən “Bəli, vurmalıdır. Mən belə hesab edirəm”, - deyə cacab verib.
Xatırladaq ki, ABŞ prezidenti Tramp və Ukrayna prezidenti Vladimir Zelenski BMT Baş Assambleyası çərçivəsində ikitərəfli görüş keçirib. Görüşdə Tramp ABŞ-ın Ukraynaya dəstəyini yeniləyib
Samir MUSAYEV
MİA.AZ