İran Prezidenti Məsud Pezeşkianla bu ölkədə səfərdə olan Azərbaycanın Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Mia.az xəbər veirr ki, görüşdə Baş nazirinin müavini İran Prezidentinə Prezident İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb.
Möhkəm təməllər üzərində qurulmuş ölkələrarası faydalı əməkdaşlığın daha da genişləndirilməsi, birgə layihələrin icrasının davam etdirilməsinin əhəmmiyyəti vurğulanıb.
İran Prezidenti Məsud Pezeşkian səmimi salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib. Bildirib ki, Azərbaycan-İran əlaqələri hərt iki ölkə rəhbərliyinin iradə və diqqəti ilə uğurla inkişaf edir.