Meksikada qastrol səfərində olan iki kolumbiyalı müğənninin cəsədləri paytaxtdan 50 km aralıda tapılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  "DJ King" ləqəbli Bayron Sançes və Xorxe Luis Herrera sentyabrın 16-da yoxa çıxmışdılar.

Məlumata görə, yaxınlarının şikayətlərindən sonra ölkə başçısı Qustavo Petro itkin düşən 31 yaşlı Sançes və 35 yaşlı Herreranın axtarışını gücləndiriblər: "Axtarışlardan sonra onların cəsədləri paytaxt Mexikodan təxminən 50 kilometr aralıda yerləşən Kokotitlan qəsəbəsində tapılıb. Meksika Baş Prokurorluğu hadisə ilə bağlı genişmiqyaslı araşdırmaya başlayıb"

Media sənətçilərin ölümünün narkotik alverçiləri ilə əlaqəli ola biləcəyini istisna etməyib

Kolumbiya prezidenti Qustavo Petro da sənətçilərin ölümündə beynəlxalq mafiya və narkotik tacirlərini günahlandırıb.

Tahir Şəlvəli

MİA.AZ