Türkiyənin paytaxtı Ankarada məşhur biznesmen güllələnib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, adı Z.E. kimi tədqim olunan biznesmen sürücüsü Z.Ş tərəfindən maşında vurulub.
Məlumata görə, biznesmen ağır yaralı halda xəstəxanaya aparılıb.
Sürücü isə ilkin ifadəsində şirkət rəhbərininonun adına saxta şirkət qurduğunu və həmin şirkəti borc bataqlığına saldığını deyib: "Şirkət mənim adıma olduğundan borclar da məndən tələb edilir. Mən də bu barədə müdirimə tez-tez "bunu həll et2 dedim, etmədi. Mən də vurdum onu"
Firudin Səfərli
MİA.AZ