Türkiyənin Balıkəsir şəhəridə bu gün növbəti zəlzələ baş verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AFAD açıqlama yayıb.
Bildirildiyinə görə, Bakı vaxtilə saat 13.02-də şəhərin Sındırgı rayonunda 4,5 bal gücündə zəlzələ olub.
Şəhər valiliyindən bildirilib ki, ölən və yaralanan, o cümlədən dağıntı yoxdur.
Xatırladaq ki, bu gün Bakı vaxtilə saat 01:05-də sözügedən rayonda 4.9 bal gücündə də zəlzələ olmuşdu.
Samir Musayev
MİA.AZ