Azərbaycanda bəzi sürücülər avtomobilin qeydiyyat nişanının kvadrat formada olmasına üstünlük verirlər. Avtomobilin nömrə yeri düzbucaqlı olduğu halda, həmin sürücülər kvadrat nömrələr sifariş etmək istəyirlər. Bir neçə sürücü bu barədə redaksiyamızın qaynar xəttinə müraciət ünvanlayaraq onlara imtina verildiyini bildiriblər.
Qeydiyyat nişanının yeri düzbucaqlı formada olan avtomobillərə kvadrat nömrə təhkim etmək olar?
Mia.az Avtosfer.az-a istinadla xəbər verir ki, qaydalara görə, dövlət nömrə nişanı yalnız avtomobilin zavod istehsalında nəzərdə tutulmuş konstruksiyasına uyğun verilir.
Yəni, nömrə yeri düzbucaqlı olan avtomobilə sürücünün şəxsi istəyilə kvadrat nişan verilməsi mümkün deyil. Kvadrat nömrələr yalnız həmin formaya texniki baxımdan imkan verən avtomobillərə təhkim edilir.