Çində ağcaqanadlara keçən "Çikunqunya" virusu son həftələr sürətlə artmağa başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, xüsusilə ölkənin cənubundakı Quanqdonq əyalətinin Jiangmen şəhərində ağcaqanadlarla "ötürülən" virusun yaratdığı Çikunqunya qızdırmasına yoluxanların sayının çoxalmasından sonra hökumət bölgədə 3-cü səviyyəli "ictimai səhiyyə - fövqəladə vəziyyət" elan edib: "Yoluxma halları kütləviləşsə də, ölən yoxdur. Lakin durumu ağır olanlar var. Hazırda proflaktik tədbirlər gücləndirilib"

Məlumat üçün bildirək ki, ağcaqanaddan törənən "Çikungunya" əsasən özünü güclü qızdırma və oynaq ağrıları ilə göstərir: "Daha sonra isə oynaqların şişməsi, əzələ ağrısı, baş ağrısı, ürəkbulanma, yorğunluq və dəri səpgiləri yaranır..."

Zülfiyyə Mustafayeva

MİA.AZ