İtaliyanın Murano adasında 12-13 yaşlı 14 uşaq ictimai ərazidə - mərkəzi meydanda futbol oynadıqları "cəzalandırılıblar".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ərazidəki bir qrup sakin uşaqların onların istirahət hüquqlarını pozmasını əsas gətirib, polisə şikayət edib: "Biz uşaqların səs-küyündən rahat ola bilmirik...".

Məlumata görə, şikayətdən sonra polis araşdırma aparıb və futbol oynayan uşaqların şəxsiyyəti dəqiqləşdirilib: "Bundan sonra 14 uşaq saxlanılıb, onların hər birinin valideynləri 50 avro cərimələndikdən sonra buraxılıblar".

Məlumata görə, bu qərar şəhərdə mübahisələrə səbəb olub.

Uşaqlardan birinin atası Antonio Trampus polisin qərarını qəbuledilməz sayıb: "Biz uşaqlarımızın evə göndərəcəklərini gözləyirdik. Bunun əvəzinə, bizə cərimə yazırblar. Mə bu qəraran şikayət verəcəyəm..."

Polis isə ictiami yerlərdə kütləvi oyunların rəsmi icazə olmadan keçirilməsinin qadağan olunduğunu xatırladıb və digər sakinlərin hüquqlarını qarşı tərəfə xatırlatmaqla, qərarına haqq qazandırıb.

Firudin Səfərli
MİA.AZ