Süni intellekt proqramının yaradıcısı kimi tanınan OpenAI şirkəti diqqətini bu dəfə xüsusi aparat istehsalına yönəldir. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, şirkət bu dəfə ChatGPT-ni dəstəkləyən ev, məhsuldarlıq və səsli cavab və danışa bilən cihazlar üzərində işləyir.

“The Information” xəbər verir ki, OpenAI bu məqsədlə artıq ilkin addımları da atıb: "Şirkət bu məqsədlə süni intellektə "calanan" aparat layihələrini sınaqdan çıxaran "Apple"nin dizayneri Ser Jony Ive ilə anlaşıb. O, şirkətə cəlb olunub və layihələr üzərində içşə başlayıb. İlkin plana əsasən, iki tərəfli qulaqlıq və kamera dəstəyi ilə hibrid aparat yaradılması nəzərdə tutulur".

Məlumatda deyilir ki, OpenAI-nin ən böyük investoru olan Microsoft da artıq GPT modelləri ilə təchiz edilmiş Surface Copilot+ kompüterlərini süni intellektlə təchiz etməyi qərarlaşıdırıb.

Xəbərə görə, ilk cihazlar 2026-2027-ci illərdə satışa çıxarılacaq.

Firudin Səfərli
MİA.AZ