Bu gün Türkiyədə yenə zəlzələ olub.

Mia.az xəbər verir ki, son aylar yeraltı təkanların adət halını aldığı Balıkesir şəhərinin Sındırğı rayonunda 4.9 bal gücündə zəlzələ baş verib.

AFAD-ın məlumatına görə, zəlzələ Bakı vaxtilə saat 01:05-də gerçəkləşib və ətraf şəhərlərdə də hiss edilib.

İlkin məlumata görə, ölən və yaralananlar yoxdur.

Lamiyə

MİA.AZ