İsrail ordusunun blokadası səbəbindən qida çatışmazlığı yaşayan Qəzza zolağında ölüm halları artır.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, son 24 saatda bölgədə daha 5 nəfər acından ölüb.
Məlumatı Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi təsdiqləyib: "Bununla da 2023-cü il oktyabrın 7-dən bəri Qəzzada acından ölənlərin sayı 147-si uşaq olmaqla 447-yə yüksəlib".
Tahir Şəlvəli
MİA.AZ