Türkiyənin Muğla şəhərinin Milas blgəsində dənizdə rezin qayıqda olan 56 qanunsuz miqrant saxlanılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onlarla yanaşı, "miqrant qaçaqmalçılığı"nda şübhəli bilinən daha 4 nəfər qandallanıb.
Məlumata görə, həmin 4 nəfər prokurorluğa təhvil verilib: "Sahil Mühafizə Komandanlığının əməkdaşları tərəfindən saxlanılan miqrantlar isə deport olunmaq üçün Köç idarəsinə təhvil veriliblər. Onlardan 29-u uşaqdır..."
Miqrantların hansı ölkə vətəndaşları olduğu açıqlanmayıb.
Firudin Səfərli
MİA.AZ