Rusiyanın Kamçatka vilayətində zəlzələ baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Bildirilib ki, Kamçatka vilayətində 7,8 bal gücündə zəlzələ olub: "Zəlzələnin episentri yarımadanın Petropavlovsk-Kamçatski şəhərindən 128 kilometr şərqdədir. Zəlzələ 10 kilometr dərinlikdə gerçəkləşib. Sunami təhlükəsi var"

Zəlzələ nəticəsində tələfat və dağıntıların olub-olmadığı hələlik məlum deyil.

Xatırladaq ki, Kamçatkada iyulun 30-da 8,8, sentyabrın 13-də isə 7,4 bal gücündə zəlzələlər olub.

Samir Musayev
MİA.AZ