Sabah Türkiyənin Yüksək Seçki Kurulu (YSK) CHP-nin növbədənkənar qurultayının ləğvi ilə bağlı iddianı müzakirəyə çıxaracaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yerli vaxtla saat 15:30-da keçiriləcək iclasda CHP nümayəndəsinin növbədənkənar qurultayının ləğvi ilə bağlı şikayəti üzrə yekun qərar veriləcək.

Xatırladaq ki, CHP-nin qurultay nümayındələrindən biri sentyabrın 21-də keçirilməsi planlanan partiyanın növbədənkənar qurultay qərarının tamamilə qanunazidd  olduğu iddia edib: "son aylar CHP-nin ətrafında baş verən olaylara nəzər saldıqda, YSK-nin şikayətə necə cavab verəcəyi böyük maraq doğurur"

Samir Musayev
MİA.AZ