Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos sabah Azərbaycana gələcək.
Bu barədə məlumat Avropa Komissiyasının saytında açıqlanıb.
Bildirilib ki, Kos səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, XİN rəhbəri Ceyhun Bayramov, eləcə də iqtisadiyyat naziri Mikayıl Cabbarovla yüksəksəviyyəli görüşlər keçirəcək.
Bununla yanaşı, Aİ komissarı Ağdamda da səfərdə olacaq.
O, daha sonra Ermənistana yollanacaq.