"BMT Təhlükəsizlik Şurasında islahatların aparılması mütləqdir, şünki artıq dünya ilə ayaqlaşa bilmirlər"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterre Nyu-Yorkdakı mənzil-qərargahında mətbuat konfransında deyib.

O, qlobal problemlərin həllində və müharibələrin həllində Təhlükəsizlik Şurasının dsətək əvəzinə "köstək" olduğunu etiraf  edib:  "Ona görə, ilk növbədə, mən Təhlükəsizlik Şurasında islahatın çox məntiqli olduğunu düşünürəm. Təhlükəsizlik Şurasının strukturu bugünkü dünya ilə bir araya sığmır. 1945-ci il dünyası ilə ilə indiki dünya eyni deyil. Şuranın daimi üzvləri veto hüququndan dürüstcə istifadə etmir".

Baş katib belə üzvlərin  veto hüquqi ilə bağlı məsələlərə baxılmas qaydasının yaradılması, eyni zamanda, TŞ-yə yeni üzvlərin seçilməsini vacib sayıb.

Tahir Şəlvəli
MİA.AZ