Papua-Yeni Qvineya sahillərində güclü zəlzələ olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, 6 bal gücündəki zəlzələ Papua Yeni Qvineyanın şərqindəki Yeni Britaniya adasında - Kokopo sahillərindən təxminən 206 kilometr aralıda baş verib.
İnsan itkisi və dağıntlarla bağlı hələlik heç bir məlumat verilməyib.
Tahir Şəlvəli
MİA.AZ