İsrailin ötən həftə Yəmənin paytaxtı Sənaya endirdiyi hava hücumunda həlak olan 32 jurnalistin bu gün vida məraismi keçirlib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, “26 Sentyabr” və “Əl-Yəmen” qəzetlərinin ofislərinə zərbə nəticəsində həlak olan 32 jurnalist minlərlə insanın iştirakı ilə torpağa tapşırılıb.

Məlumata görə, cənazə namazı qılındıqdan sonra 32 jurnalist şəhərdəki Rəvzə Şəhidlər Qəbiristanlığında dəfn edilib.

Xatırladaq ki, sentyabrın 10-da İsrail Yəmənin paytaxtı Səna və Cəvf şəhərinə hava hücumu təşkil edib, nəticədə 46 nəfər ölüb, 165 nəfər yaralanmışdı.

Tahir Şəlvəli
MİA.AZ