FİFA 2026-cı il dünya çempionatının seçmə mərhələsində iştirak edəcək futbolçulara görə klublara pul köçürəcək.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ali futbol qurumu məlumat yayıb.

Məlumatda deyilir ki, bu məqsədlə klublara ümumilikdə 355 milyon dollar vəsait ödəniləcək.

FİFA prezidenti Canni İnfantino bildirib ki, vəsait təsnifat mərhələsinə yüklən komandalara oyunlar başlayarkən köçürüləcək.

O, yada salıb ki, bu dəfə ayrıaln vəsaitin məbləği də xeyli artırılıb: "Xatırladım ki, 2022-ci ildə Qətərdə keçirilən Dünya Şempioantıı zamanı klublara ümumilikdə cəmi 209 milyon dollar ödənilmişdi"

Zülfiyyə Mustafayeva
MİA.AZ