Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Tahir Kazımov təqaüdə göndərilib.

Mia.az xəbər verir ki, tanınmış hakim yaş həddi ilə bağlı fəaliyyətini yekunlaşdırıb.

Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Tahir Kazımovun uzun illər hüquq-mühafizə orqanlarında çalışdığını, 2017-ci ildən isə Ali Məhkəmədə hakimlik fəaliyyətinə başladığını diqqətə çatdırıb.

Sonda T.Kazımov “Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalı” ilə təltif olunub.

Qeyd edək ki, Tahir Kazımov prokurorluq orqanlarında işləyən vaxtlarda “OMON hadisələri”, “Oktyabr hadisləri” kimi səs-küylü cinayət işlərinin istintaq qrupuna rəhbərlik edib.