İsrail ordusunun Qəzzaya hücumu davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, son 24 satda həyata keçirilən hücumlarda daha 59 nəfər ölüb, 386 nəfər isə yaralanıb.

Qəzza Səhiyyə Nazirliyindən bildirilib ki, bununla da 2023-cü il oktyabrın 7-dən bəri Qəzza zolağında ölənlərin sayı 64 964 nəfərə, yaralananların sayı isə 165 312 nəfərə yüksəlib.

Tahir Şəlvəli
MİA.AZ