İsrail ordusu Livanın cənubundakı Nəbatiyyə şəhərinə zərbə endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Livanın rəsmi xəbər agentliyi NNA yazıb.

Agentikdən bildirilib ki, hava hücumu nəticəsində 4-ü uşaq, 7-si qadın olmaqla, ümumilikdə 12 mülki şəxsin yaralanıb: "Onlardan üçün vəziyyəti ağırdır"

Məlumatda İsrailin cənub sərhədi yaxınlığında yerləşən Yater qəsəbəsinə isə PUA ilə hücum etdiyi qeyd edilib.

Buradak itkilər haqqında isə məlumat verilməyib.

Tahir Şəlvəli
MİA.AZ