Nəsimi rayonunda şirkətlərdən birinə məxsus olan yük avtomobilindən oğurluq olub.

Daxili İşlər Nazirliyindən Mia.az-a bildirilib ki, zərərçəkən şəxs polisə müraciət edərək nəqliyyat vasitəsindən 3200 manat dəyərində müxtəlif markalı istehlak mallarının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 29 yaşlı M.Səfərov müəyyən edilərək saxlanılıb.