Almaniya Rusiyanın Berlindəki səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb Rusiya PUA-larının bir neçə gün əvvəl NATO müttəfiqi Polşanın hava məkanını pozması göstərilib.

XİN-dən bildirilib ki, baş verən hadisəyə etiraz etmək üçün Almaniya Xarici İşlər Nazirliyi Rusiyanın Berlindəki səfiri Sergey Neçayevi nazirliyə çağırıb: "Səfərə Rusiya Prezidenti Vladimir Putinin NATO hava məkanında Rusiya PUA-larından istifadə etməsi təhlükəli və qəbuledilməz olduğu xatırladılıb və ondan izahat tələb olunub. Səfirə etiraz təqdim olunub".

XİN-in məlumatında NATO ərazilərinin təhlükəsizliyinin müdafiəsinin qorunacağı deyilib.

Samir Musayev
MİA.AZ