İsrailin Qətərin paytaxtı Dohada HƏMAS liderlərinə sui-qəsd məqsədiylə hava zərbəsindən sonra israi ordusunun polkovnik Moşe Elad Türkiyə ilə bağlı qorxunc mesaj səsləndiirb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Növbəti hədəf Türkiyə - onun qəlbi ola bilər", - deyən Elad İsrailin qırmızı xətləri olmadığını bildirib.

Polkovnik hələ 50 il əvvəldən İsrailin fələstinlilərə qarşı addımlarını xatırladaraq, keçmişdə Avropanın mərkəzində Fələstin Azadlıq Təşkilatının (FAT) üzvlərinə qarşı sui-qəsdləri yada salıb: "Həmin vaxt İsrail hansı etirazı nəzərə aldı ki... Hər kəs çox yaxşı bilir ki, İsrail və onun kəşfiyyat qolu Mossad siyasi aspektləri nəzərə almadan Avropanın göbəyində düşmənləri üzvlərini məhv edib. İndi ABŞ-a arxayın oaln Qətərə baxaq. İsrail bu dğövlti vurmaqla Qətərin təhlükəsiz ölkə olmadığını təsdiqlədi. Doha administrasiyası ABŞ-ın himayəsi altında olduqlarına və HƏMAS-ın vasitəçilik rolu ilə toxunulmayacağına inanırdı, lakin bu inam bizim zərbəmizlı sarsıldı, çökdü. indi sual edirəm: Türkiyə toxunulmaz saydığı qəlbi - İstanbul və ya Ankaranın mərkəzində İsrailin hücum riskinə hazırdırmı?".

İsrailin potensial hücumu zamanı NATO-nun Türkiyəyə dəstək verməyəcəyini də iddia edən Eladın sözlərinə görə, Qətər necə ABŞ-a güvənirdisə, Türkiyə də NATO üzvlüyünün onlara toxunulmazlıq verdiyinə inanır: "Ancaq NATO konsensusla hərəkət edən bir təşkilat deyil. Qərarlar nadir hallarda yekdil qərar verir. NATO-nun Türkiyəni qeyd-şərtsiz dəstəkləyəcəyinə dair heç bir zəmanət yoxdur"

Firidin Səfərli
MİA.AZ