ABŞ Prezidenti Donald Trampın nümayəndəsi Con Koul Minskdə səfərdədir.

C.Koul ölkə Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.

Prezident bir sıra vacib məsələləri müzakirə etməyi təklif edib.

"Birincisi, bu, Belarus-ABŞ münasibətləridir. Mən həmçinin ABŞ və Belarusun maraqları kontekstində dünyadakı vəziyyətlə bağlı məsələlərə toxunmağı təklif edirəm. Müharibə və sülh məsələlərindən qaça bilməyəcəyik", - A.Lukaşenko bildirib.

O, iqtisadi sahəni də ən vacib məsələ adlandırıb: "Düşünürəm ki, iqtisadiyyat sahəsində Belarusa və Belarus vasitəsilə Rusiyaya marağınız var. Təbii ki, bizim də iqtisadi baxımından sizin qlobal ölkənizə marağımız böyükdür"./Report