Rusiya Müdafiə Nazirliyi Ukraynadakı hərbi obyektlərə hücum etmələri xəbərinə maraqlı reaksiya verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nazirlik Polşada hər hansı bir obyektin hədəf alınmadığını iddia edib.

Nazirlikdən bildirilib ki, Polşa ilə sərhəddə yerləşən Ukraynanın bir neçə şəhərində, o cümlədən Lvovdakı hərbi obyektlərə uşuç məsafəsi 700 km olan PUA-larla dəqiq zərbələr endirlib: "Bütün nəzərdə tutualn hədəflər, o cümlədən Ukraynanın PUA istehsal mərkəzləri vurulub.Polşanın iddiasına gəlincə, Polşa ərazisindəki heç bir obyekt hədəf alınmayıb və Rusiya insidentlə bağlı Polşa tərəfi ilə məsləhətləşməyə hazırdır".

Samir MUSAYEV
MİA.AZ