Polşa hava məkanına Rusiya PUA-larının daxil olması NATO-nu aktiv hala gətirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, müharibə başlayandan bəri ilk dəfə Polşanın hava hücumundan müdafiə qüvvələri ölkə sərhədlərii rus texnikasını vurub.

Polşa Silahlı Qüvvələrinin məlumatına gərə, Rusiya Ukraynaya hücumunda istifadə etdiyi dronlar ötən gecədən ölkənin hava məkanına daxil olub: "Əməliyyat Komandanlığı bu obyektlərin aşkar edilərək zərərsizləşdirilməsi üçün birgə fəaliyyətə start verib. Onlar hava və raket zərbələri ilə məhv ediliblər. Bu, NATO komandanlığı ilə birgə əlaqə çərçivəsində baş verib".

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) isə hadisə illə bağlı  paytaxt Varşavadakı Şopen hava limanı da daxil olmaqla, dörd hava limanının müvəqqəti bağlandığını açıqlayıb. Bunların arasında sərnişinlərin və silahların Ukraynaya daşınmasında əsas rol oynayan Rzeszow-Jasionka hava limanı da olub.

ABŞ-ın demokrat senatoru Dik Durbin bildirib ki, Rusiyanın NATO hava məkanını dəfələrlə pozması belə qənaət yaradır: "Vladimir Putin alyansın qətiyyətini sınaqdan keçirir!"

Respublikaçıların nümayəndəsi Joe Vilson isə Rusiyanın NATO müttəfiqi Polşaya hücum etdiyini deyib və bunu “müharibə elanı” adlandırıb: "ABŞ prezidenti Donald Tramp yaxın müddətdə təhlükəsizlik vədi verdiyi Polşaya soxulan Rusiyaya qarşı onun döyüş maşınını iflasa aparacaq sanksiyalar tətbiq etməlidir"

Lamiyə Əhmədli
MİA.AZ