Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari İsrailin paytaxt Dohada ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı təklif etdiyi atəşkəs planını müzakirə edən HƏMAS liderlərinin olduğu binaları vurmasını qəbuledilməz olduğunu açıqlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, HƏMAS liderlərini hədəf alan sui-qəsdin beynəlxalq hüququn açıq şəkildə pozulması olduğunu deyib və hadisəni şiddətlə pisləyib.
Məcid əl-Ənsari deyib ki, İsrail HƏMAS siyasi bürosunun bir neçə üzvünün yaşadığı binaya da hücum edib: "Bu, qətərlilərin və Qətər sakinlərinin təhlükəsizliyinə ciddi təhdiddir. İsrailin bu hücumuna əsla dözmək mümkün deyil".
Qətər XİN sözçüsü bu hücumdan sonra Qəzza üzrə vasitəçilik missiyasına da son verdiklərini bəyan edib.
Xatırladaq ki, az əvvəl Qətərin paytaxtı Dohada ardıcıl partlayışlar baş verib. İsrail ordusu bundan sonra Dohadakı HƏMAS liderlərinin olduöu binalara hava zərbəsi endirdiklərini etiraf edib
İddiaya görə, öldürülənlər arasında HƏMAS-ın siyasi lideri Xalid Məşəl və HƏMAS Siyasi Bürosunun sədri Xəlil əl-Hayyan da var.
Zülfiyyə
MİA.AZ