İsrail döyüş təyyarələri Qətərin paytaxtı Dohaya hücum edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Dohada 10-dan çox partlayış səsi eşidilib.
İsrail Ordusu Radiosu faktı təsdiqləyib və atəşkəs danışıqlarında rol alan HƏMAS rəhbərliyinin vurulduğunu açıqlayıb.
İsrail mediası hədəfə alınan şəxslərdən birinin HƏMAS-ın siyasi bürosunun rəhbəri Xəlil əl-Hayya olduğunu yazıb.
Qətər mediası isə yazır ki, paytaxtı Dohada silsilə partlayışlar baş verib.
Şahidlər 10-a qədər partlayış səsi eşitdiklərini və güclü tüstü gördüyünü bildiriblər.
HƏMAS-a yaxın mənbələr qruplaşmanın danışıqlar mərkəzinin hədəf alındığını bildirib.
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari İsrailin paytaxt Dohada ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı təklif etdiyi atəşkəs planını müzakirə edən HƏMAS liderlərinin olduğu binaları vurmasını qəbuledilməz olduğunu açıqlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, HƏMAS liderlərini hədəf alan sui-qəsdin beynəlxalq hüququn açıq şəkildə pozulması olduğunu deyib və hadisəni şiddətlə pisləyib.
Məcid əl-Ənsari deyib ki, İsrail HƏMAS siyasi bürosunun bir neçə üzvünün yaşadığı binaya da hücum edib: "Bu, qətərlilərin və Qətər sakinlərinin təhlükəsizliyinə ciddi təhdiddir. İsrailin bu hücumuna əsla dözmək mümkün deyil".
Xatırladaq ki, az əvvəl Qətərin paytaxtı Dohada ardıcıl partlayışlar baş verib. İsrail ordusu bundan sonra Dohadakı HƏMAS liderlərinin olduöu binalara hava zərbəsi endirdiklərini etiraf edib
İddiaya görə, öldürülənlər arasında HƏMAS-ın siyasi lideri Xalid Məşəl və HƏMAS Siyasi Bürosunun sədri Xəlil əl-Hayyan da var.
***
Qətərin paytaxtı Dohada partlayış səsləri eşidilib.
Mia.az "Reuters"ə istinadla xəbər verir ki, partlayış səslərindən sonra paytaxtın Katara rayonundan tüstü qalxıb.
Hadisə barədə əlavə məlumat verilməyib.
Lamiyə Əhmədli
MİA.AZ