Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən xüsusi iclas başa çatıb.
Mia.az xəbər verir ki, deputatlar Ermənistanla Azərbaycan arasındakı sülh prosesi üzrə Vaşinqton razılaşmalarını müzakirə ediblər.
İclasda Azərbaycanın bu istiqamətdəki xarici siyasəti yüksək qiymətləndirilib.
Yekunda sədr Sahibə Qafarova Milli Məclis adından Prezident İlham Əliyevə minnətdarlıq edib:
"Azərbaycan yenə də göstərdi ki, həm döyüş meydanında qələbə qazanmağa, həm də danışıqlar masasında uğur əldə etməyə qadirdir".
Daha sonra "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr edilmiş xüsusi iclas dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.
***
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclası öz işinə başlayıb.
Mia.az xəbər verir ki, iclas “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusuna həsr olunub.
Qeyd edək ki, Konstitusiyanın 88-ci maddəsinin 2-ci hissəsinə əsasən, Milli Məclisin deputatları parlamentin növbədənkənar sessiyasının çağırılması barədə spiker Sahibə Qafarovaya müraciət ediblər.
Sədr Sahibə Qafarova müraciəti nəzərə alaraq Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.