Türkiyədə Manavqat Bələdiyyəsinin keçmiş sədri Şükrü Sözen və qardaşı Fatih Sözen saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qardaşlar “rüşvət alma”, “mənimsəmə” və “tender saxtakarlığı” ittihamları ilə aparılan istintaq çərçivəsində İstanbul Sabiha Gökçen hava limanında qandallanıblar.

Şükrü Sözen İstanbuldan Manavgata gətirilib. Onun bu gün məhkəməyə çıxarılacağı gözlənilir.

Firudin Səfərli
MİA.AZ