"Kayserispor"un anlaşdığı mərakeşli yarımmüdafiəçi Youssef Ait Bennasser Kayseriyə gəlib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 2 illik müqavilə imzalayan 29 yaşlı futbolçu sarı-qırmızı şərflə şəkil çəkdirib.
Xatırladaq ki, Youssef Ait Bennasser ötən mövsüm "Samsunspor"da çıxış edib.
Bennasser 31 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Fərid Əhmədov
MİA.AZ