"Ölkələr arasında münasibətlərdə həmişə cari vəziyyətdən irəli gələn hansısa suallar yaranır".

Mia.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Pekində mətbuat konfransında deyib.

O bildirib ki, iki ölkə arasında problemlər mövcuddur: "Problemlər var. Amma bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə salamlaşdıq, iki-üç kəlmə kəsdik. Lakin hesab edirəm ki, Azərbaycan və Rusiya arasında fundamental münasibətlər və onların inkişafına qarşılıqlı maraq hər şeyi öz yerinə qoyacaq".

F.ƏHMƏD