"Beşiktaş"ın bosniyalı yarımmüdafiəçisi Amir Hadziahmetoviç İngiltərədə çıxış edən "Hall Siti"yə mövsümün sonuna qədər icarəyə verilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu haqda "Beşiktaş" klubu rəsmi açıqlama yayıb.

Açıqlamada deyilir:

"Peşəkar futbolçumuz Amir Hadziahmetoviçin 2025-26 mövsümünün sonuna qədər müvəqqəti transferi üçün "Hall Siti" ilə razılıq əldə olunub. Amir Hadziahmetoviçə yeni klubunda uğurlar arzulayır və onu hörmətlə ictimaiyyətə təqdim edirik."

Fərid Əhmədov

MİA.AZ