"Beşiktaş" 27 yaşlı cinah oyunçusu Vatslav Çerninin transferi üçün "Volfsburq"la anlaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Çerninin bu axşam İstanbula gələcəyi gözlənilir.
27 yaşlı cinah hücumçusu ilə 3+1 illik müqavilə imzalanacağı gözlənilir.
Xatırladaq ki, ötən mövsümü icarə əsasında “Reyncers”də keçirən cinah oyunçusu 52 oyunda 18 qol vurub, 9 məhsuldar ötürmə edib.
Fərid
MİA.AZ