NATO-nun Baş katibi Rutte Rusiyanın Ukraynanın paytaxtı Kiyevdə diplomatik korpuslara məxsus binaları da vurmasını qəbuledilməz sayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu hadisənin Rusiyaya inanmağın sadəlövhlük olacağı qənaətini gücləndirdiyini deyib.

Baş katib üzv ölkələri Ukraynaya özünümüdafiə üçün bütün dəstəyi verməyə çağırıb: "Kiyevdəki Avropa İttifaqı Nümayəndəliyi binasına hücum və digər yerlərə zərbələrin çoxsaylı günahsız mülki vətəndaşların ölümünə səbəb olması dəhşətlidir. Bu, eyni zamanda bir daha nümayiş etdirir ki, biz Rusiyaya münasibətdə sadəlövh ola bilmərik”.

Xatırladaq ki, sözügedən hücumda 3-ü uşaq olmaqla 17 nəfər həlak olub.

Onu da qeyd edək ki, Rusiya Kiyevdəki Azərbaycan səfirliyinin yaxınlığına da zərbə endirib. Nəticədə səfirliyimizinbinasındakı pəncərələr qırııb, dam örtüyü çatlayıb.

XİN bununla bağlı bəyanat yayıb. https://mia.az/w1087848/kiyevde-azerbaycan-sefirliyinin-pencereleri-qirilib-damda-catlar-emele-gelib-xin-rusiyanin-hucumu-ile-bagli-melumat-yaydi-2025-08-28-214237

Bu hücum dünyada və Avropa ölkələrində sərt reaksiyalar yaradıb.

Samir MUSAYEV
MİA.AZ