Ötən gün Türkiyə prezienti Ərdoğanın "Üzünü Ankaraya, Dəməşqə üz tutanlar qalib gələcək, qibləsini çaşdıranlar isə yox olacaq. Qılınc qınından çıxsa, qələmə, sözə yer qalmayacaq", - deyə Suriyadakı YPG kürd silahlı qruplaşmaya xəbərdarlığının mürəkkəbi qurumamış ordu rəhbərindən əməliyyat siqanlı gəlib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Suriyada YPG terror təşkilatına qarşı əməliyyat keçiriləcəyi ehtimalı ilə bağlı sualı cavablandıran Milli Müdafiə naziri Yaşar Gülər də hücum anonsu verib: "Türk Silahlı Qüvvələri 7/24 xidmətdədir, hazır vəziyyətdədir"
CNN Türk-ə müsahibə verən nazir Gülər aparıcının "Suriyada hərbi əməliyyat olacaqmı?", - sualına "Dediyim kimi, ordumuz hazırdı və gözləyir. Burada belə olacaq, orada belə olacaq" kimi sözlər demək istəmirəm. Prezidentimiz bizim demək istədiyimizi artıq ifadə edib, eyni xəbərdarlığı təkrarlayıram"
Lamiyə Əhmədli
MİA.AZ