Rusiya Ukraynanın paytaxtı Kiyevə güclü hava hücumu həyata keçirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, güclü partlayışlar gecə boyu Kiyev səmasını işıqlandırıb, paytaxtın səması müxtəlif istiqamətərdə tüstü qatına bürünüb.

İlkin məlumata əsasən, ən azı 3 nəfər ölüb, 14 yaralı var.

Məlumatda deyilir ki, bözi PUA və raketlər hava hücumundan müdafiə sistemləri tərəfidən havada zərərsizləşdirilsə də, bəziləri yaşayış binalarına dəyib.

Kiyev meri Vitali Kliçko isə bildirib ki, Rusiyanın paytaxta kütləvi hücumu davam edir. O, sakinləri sığınacaqlarda qalmağa çağırıb.

Samir MUSAYEV
MİA.AZ